Son yeniləmə: 23 Sentyabr 2024 11:14
BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Almaniyaya səfər edib. Nazir 24sentyabr tarixində Hamburq şəhərində keçiriləcək “Wind Energy Hamburg” tədbirində iştirak edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “tədbirdə Avropa ölkələrindən olan rəsmilər, “WindEurope”, “Nordex Group”, “Landwind Group”, “Enterprise Singapore” və külək enerjisi sahəsində fəaliyyət göstərən digər şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Energetika nazirinintədbirin açılış sessiyasında “İnvestisiyalar və qlobal əməkdaşlıq” mövzusunda və “Enerji keçidi” adlı sessiyada “Azərbaycanın yaşıl enerji ixracı strategiyası” mövzusunda çıxışları nəzərdə tutulur”.