Press "Enter" to skip to content

Türkiyəli media təmsilçiləri ilə görüş

Görüş sonrası xatirə şəkli

BAYRAQDAR MEDİA – Mətbuat Şurasında (MŞ) Anadolu Qəzetçilər Federasiyasının Azərbaycanda səfərdə olan təmsilçiləri – Ömər Aydoğan, Cennet Yüzer Cankılıç, Yüksel BaysalNecati Kartalla görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MŞ-dən daxil olub.

Xəbərdə deyilir ki, “MŞ sədri Rəşad Məcid Azərbaycanın və Türkiyənin media qurumları arasındakı əlaqələrin intensivliyindən məmnunluğunu bildirib. O deyib ki, hazırkı yüksək səviyyəli təmaslar hər iki ölkənin müştərək dostluq və qardaşlıq platformasındakı təmsilçiliyinin ruhuna adekvatdır. Şuranın İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət, Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər, azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, qurumun Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızının qatıldığı görüş qarşılıqlı fikir mübadilələri şəraitində keçib”.

Bildirilib ki, Azərbaycan və Türkiyə arasında media əlaqələrinin daha da güclənməsi günün aktual tələbidir. Görüşdə bu amilin əsaslandırılması baxımından fikir və təkliflər səsləndirilib, eyni zamanda, MŞ ilə Anadolu Qəzetçilər Federasiyasının mümkün birgə fəaliyyət istiqamətlərinə nəzər salınıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.