Press "Enter" to skip to content

Qırğızıstanda qəhrəman əsgərlər üçün abidə ucaldılıb

Abidə

Son yeniləmə: 20 Sentyabr 2024 12:43

BAYRAQDAR MEDİA – Qırğızıstan Tacikistanla sərhəddə döyüşdə həlak olan əsgərlərinin xatirəsinə abidə ucaldıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “Qırğızıstan vətəni uğrunda döyüşmüş, bu yolda canlarından keçmiş əsgərlərinin xatirəsini yaşadır. Bu çərçivədə Qırğızıstan Daxili İşlər Nazirliyinə tabe olan daxili təhlükəsizlik qüvvələrinin hərbi hissəsində qəhrəmancasına şəhid olmuş hərbçilərin şərəfinə ölkənin Tacikistan sərhədində abidə ucaldılıb. Abidə 2022-ci il sentyabrın 16-da Qırğızıstan-Tacikistan sərhədində keçirilən əməliyyat zamanı şəhid olan kiçik zabit Açılbek Taşekov, kiçik zabit Durusbek Kanıbek-Uulu, kiçik zabit Manas Baatırbekov və kiçik zabit Aybek Abdilabekovun xatirəsinə ucaldılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.