Press "Enter" to skip to content

Qardaşlar arasında hərbi əməkdaşlığı genişləndirilir

Görüş zamanı

Son yeniləmə: 20 Sentyabr 2024 08:38

BAYRAQDAR MEDİA – Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə bir sıra görüşlər keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “general-leytenant N.İslamzadə səfər çərçivəsində Türkiyə Cümhurbaşqanlığının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün, milli müdafiə naziri cənab Yaşar Güler və Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu ilə görüşüb. Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, gələcək birgə layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb”.

Məlumata görə, keçirilən görüşlər zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.