Press "Enter" to skip to content

Oğuzhan Hasipoğlu: UBP tarixinin ən böyük qurultayına hazırdır

Oğuzhan Hasipoğlu

Son yeniləmə: 20 Sentyabr 2024 13:08

BAYRAQDAR MEDİA – KKTC daha bir siyasi proses ərəfəsindədir. Hakim Ulusal Birlik Partiyası (UBP) növbəti qurultayına hazırlaşır.

Bu arada UBP-nin baş katibi Oğuzhan Hasipoğlu partiyanın 21 sentyabr şənbə günü keçiriləcək qurultayına hazırlıqların son mərhələyə çatdığını açıqlayıb.

Bu barədə ajanscyprus.com saytı məlumat yayıb.

Məlumata görə, qurultayın saat 09.00-da Lefkoşa Atatürk İdman Salonunda başlayacağını xatırladan O.Hasipoğlu, sədrliyə namizədlərin saat 09.15 radələrində salona daxil olmasının gözlənildiyini və səsvermənin saat 11.00-da başlayacağını bildirib: “UBP sədrliyinə üç iddialı namizədlə yanaşı, Partiya Məclisinə düşmək üçün 122 namizədin yarışacağını deyən O.Hasipoğlu səsvermə prosesinin axşam saat 21:00-a qədər davam edəcəyini qeyd edib. O, partiya məclisi namizədlərinə səs verərkən bülletendə göstərilən rəqəmlərə ciddi əməl edilməli olduğunu bildirib”. Qeyd olunub ki, sədrliyə namizədlərin səslərinin hesablanması həmin gün axşam 21:00-daan sonra, məclis seçkilərinin səslərinin hesablanması isə bazar günü saat 10:00-da keçiriləcək.

Məlumata görə, O.Hasipoğlu, “UBP tarixinin ən böyük qurultayına hazırdır. Qurultay Kıbrısla bağlı qərarı ilə dünyaya mühüm mesajlar veriləcək. Qurultayımıza Ana Vətən Türkiyə və Azərbaycandan da qonaqlarımız qatılacaq” deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.