Press "Enter" to skip to content

Kolleclərin boş qalan plan yerlərinə qəbul

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 20 Sentyabr 2024 13:01

BAYRAQDAR MEDİA – Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə 20 – 23 sentyabr tarixlərində ixtisas seçimi aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.

Məlumata görə, orta ixtisas təhsili müəssisə¬lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se-çiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar: “Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan-larından “məqbul” alan abituriyentlər buraxılırlar. İxtisas seçimi 23 sentyabr saat 23:59-dək in¬ter¬net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri¬yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on¬ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər”.

Məlumata görə, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər: “İxtisas kod¬larının ardıcıllığını abituriyent özü müəy¬yənləşdirir. Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub. Müsabiqəyə yalnız 2024-cü il sentyabrın 20-dən 23-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.