Press "Enter" to skip to content

Kolleclərə direktorlar təyin olunub

Yeni direktorlar

BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) müvafiq əmri ilə Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə, Xatirə Məlikova Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə, Elşad Əhmədov isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) nəzdində İncəsənət Kollecinə direktor vəzifəsinə təyin edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.

Xəbərdə deyilir ki, “N.Rüstəmli bakalavriat təhsilini Sumqayıt Dövlət Universitetində (SDU) alıb, magistratura səviyyəsini isə ADA Universitetində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə bitirib. 2011-2019-cu illərdə Ağdam rayon 91 saylı köçkün tam orta məktəbi və I Sarıcalı kənd tam orta məktəbində müəllim kimi çalışıb. O, bu təyinatadək Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib. N. Rüstəmli I Yüksəliş müsabiqəsinin yarımfilançısıdır. X.Məlikova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dillər Universitetində (ADU) təhsil alıb. Hazırda ADA Universitetində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində təhsil alır. O, 2009-2022-ci illərdə İsmayıllı rayon Tircan kənd tam orta məktəbində müəllim kimi çalışıb. X.Məlikova 2022-ci ildən bu təyinatadək Şamaxı rayon E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin direktoru vəzifəsini icra edib. E.Əhmədov 2012-ci ildə “Rəngkarlıq” ixtisası üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) bakalavriat təhsili alıb. Daha sonra 2012-2018-ci illərdə İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında “Dəzgah rəngkarlığı” ixtisası üzrə təhsil alıb. 2023-cü ildən etibarən ADRA-da rəsm müəllimi kimi çalışır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.