Press "Enter" to skip to content

Eskişehirdə də ictimai nəqliyyatda qiymət qalxdı

İctimai nəqliyyat

Son yeniləmə: 20 Sentyabr 2024 08:41

BAYRAQDAR MEDİA – Türkiyədə martın 31-də keçirilən yerli seçkilərdən sonra təxminən 40 şəhərdə ictimai nəqliyyat qiymətləri artırılıb.

Bu istiqamətdə növbəti addım isə Eskişehirdə atılıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Eskişehirdə ictimai nəqliyyatda sonuncu artım ötən ilin sentyabrında olub: “May ayında Eskişehirdə mikroavtobus qiymətləri yüzdə 33 artaraq 15 lirədən 20 lirəyə yüksəldi. UKOME (Nəqliyyat Koordinasiya Mərkəzi) sentyabrı yığıncağında alınan qərarla Eskişehirdə ictimai nəqliyyat xidmətləri üçün tramvay və avtobus biletlərinin qiymətlərinin artırıldığı açıqlanıb. Yeni tarifə əsasən, qiymətlər 23 sentyabr 2024-cü il tarixindən etibarən qüvvədə olduğu müəyyən edilib. Tam Eskart ödənişi 20 TL olaraq müəyyən edilərkən, tələbələr üçün endirimli Eskart qiyməti 10 TL-yə yüksəldilib. Bundan əlavə, transfer haqqı 1,50 TL olaraq dəyişdirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.