Press "Enter" to skip to content

Ali təhsil müəssisələrinin nümayəndələri üçün təlim

Təlim sonrası xatirə şəkli

BAYRAQDAR MEDİA – Sentyabrın 18-19-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı və QS Beynəlxalq Reytinq Agentliyinin regional direktoru Sergey Xristolyubovun iştirakı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti təlim və komanda quruculuğu görüşü keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-dan daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə açılış nitqi ilə çıxış edən EATDA-nın direktoru Ülkər Səttarova əsas hədəfin yerli universitetlərin beynəlxalq reytinqlərdəki mövqeləri deyil, müəssisələrin daxilində təhsil və elmi prosesləri əks etdirməsi olduğunu qeyd edib. Eyni zamanda, beynəlxalq reytinqlərdə iştirakın ali təhsil müəssisələrinin beynəlxalq nüfuzunun artırılması üçün yaratdığı imkanların və qarşıda duran hədəflərə nail olmaq üçün ali təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Direktor qeyd edib ki, ali təhsil müəssisələrinin siyasətinin və uzunmüddətli strategiyasının müəyyənləşdirilməsi üçün beynəlxalq reytinqlərdə iştirak nəticəsində üzə çıxan təhlillər vacib amillərdən biridir”.

Daha sonra xəbərdə bildirilir ki, “S.Xristolyubov “Ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılmasında reytinqlərin rolu” mövzusunda təqdimatla çıxış edib və Azərbaycan üzrə təhlil məlumatlarlarına əsaslanan hesabatları təqdim edib. Həmçinin görüş çərçivəsində reytinq göstəriciləri üzrə mövqelərin yaxşılaşdırılması üçün yaradılan imkanlar və prosesdə yaranan çətinliklər barədə geniş müzakirələr aparılıb”.

Sonda sessiya iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Beynəlxalq görünürlük, beynəlmiləlləşmə və inkişaf” mövzularında məlumatlılığının artırılması məqsədi ilə təşkil olunmuş sessiyada 30 ali təhsil müəssisəsindən nümayəndələr iştirak edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.