Son yeniləmə: 20 Sentyabr 2024 12:36
18 yaşadək əlilliyi olan 25 min şəxsə reabilitasiya xidmətləri göstərilib
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-avqust aylarında 18 yaşadək əlilliyi olan 25 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, “onlardan 1,4 min nəfəri stasionar, 16,4 min nəfəri ambulator, 2,1 min nəfəri icma əsaslı, 4,7 min nəfəri onlayn, 118 nəfəri ippoterapiya, 350 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub. Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin edilirlər”.