Son yeniləmə: 20 Sentyabr 2024 12:18
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğuluq tədbirlərinin hədəflərindən biri də gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsidir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, “Agentlik tərəfindən cari ilin 8 ayında 184 122 gənc müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub.
Onlardan 39427 gənc münasib işlərlə təmin edilib, 1048 gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb. Digər bir istiqamət olaraq5647 gənc əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Əsasən gənclərdən ibarət 138 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilib”.