Press "Enter" to skip to content

Türkiyənin ən uğurlu qadın bələdiyyə sədrləri

Son yeniləmə: 19 Sentyabr 2024 11:02

BAYRAQDAR MEDİA – ORC Research sorğu şirkti Türkiyədə qadın bələdiyyə başçılarıilə bağlı sorğu keçirib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, qadınların siyasətdə və xüsusilə yerli rəhbərliklərdəki yerini sorğulayan araşdırma 10 min 680 iştirakçı ilə aparılıb: “ORC Research bu dəfə qadın yerli idarəçilərə yönəlmiş sorğu keçirib. Araşdırmanın nəticələrinə görə AK Partinin Qaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin 59,7 faiz səslə birinci olub. İkinci yerdə isə Tekirdağ Böyükşəhər Bələdiyyə başçısı Candan Yüceer 56,3 faizlə diqqət çəkib. Bundan əlavə, Aydın Böyükşəhər Bələdiyyə başçısı Özlem Çerçioğlu 55,9 faizlə üçüncü, Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Ayşe Ünlüce 54,1 faizlə dördüncü, Diyarbəkir Bələdiyyə başçısı Ayşe Budak Küçük isə 53,5 faizlə beşinci yerdə qərarlaşıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.