Press "Enter" to skip to content

Özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış

Baxış zamanı

BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev özünüməşğulluq proqramı çərçivəsində Göygölşəhər sakinləri – Həsənova Ziyafət Cəfər qızı və Allahverdiyeva Vüsalə Amin qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Z.Həsənova un məmulatları istehsalı, V.Allahverdiyeva isə qadın gözəllik salonuüzrə aktivlərlə təmin olunublar. Onlar işsiz şəxslərə kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər. Qeyd edək ki, ötən dövrdə Göygöl rayonunda 1060 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər”.

Mission News Theme by Compete Themes.