Press "Enter" to skip to content

“MEK könüllüləri” haqqında

Könüllülər MEK direktoru ilə

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “MEK könüllüləri” fəaliyyətə başlayıb.

MEK-də “MEK könüllüləri” fəaliyyətə başlayıb

Bununla bağlı MEK-in elmi katibi, “MEK könüllüləri”nə məsul şəxs Şəbnəm Rüstəmova BAYRAQDAR MEDİA-ya məlumat verib: “Biz bu gün Mərkəzi Elmi Kitabxanada “MEK könüllüləri” hərəkatını başladırıq. Bu hərəkatın məqsədi gənclərə kitabxana işi sahəsində praktiki biliklər öyrətmək, onları spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb edərək peşəkar kitabxanaçı kimi formalaşmalarına töhfə vermək, eləcə də MEK-in elektronlaşdırılması prosesinin sürətləndirilməsinin, xüsusən də kitabxanada elektron kataloqun, elektron kitabxananın formalaşdırılması, oxuculara informasiya xidmətinin dövrün tələblərinə uyğun olaraq qurulması, ümumən kitabxana işinin effektivliyinin yüksəldilməsidir”.

Elmi katib “MEK könüllüləri”nə üç mərhələdə seçimlər edildiyini qeyd edib: “İlkin mərhələdə bizə elan üzrə müraciətlər daxil edilib. Qeyd edim ki, daxil olan 200-ə yaxın müraciət arasından 40-a yaxını ikinci mərhələyə buraxılıb, ikinci mərhələdən isə 20 namizəd seçilib. Beləliklə, MEK könüllüləri fəaliyyətinə başlayıb. Könüllərin seçimində ali təhsilli, ünsiyyətcil, operativ, işgüzar, intizamlı, kollektivdə işləmək bacarığı və kompüter, dil bilikləri olanlara üstünlük verilib”.

Ş.Rüstəmova həmçinin bildirib ki, tələb olunan parametrlərə uyğun namizədlər üçüncü mərhələdə seçilib və artıq 19 sentyabrdan fəaliyyətə başlayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.