Press "Enter" to skip to content

Keçmiş səfirin yeni görəvi

Kayrat Osmonaliyev

Son yeniləmə: 19 Sentyabr 2024 08:58

Qırğızıstan Universitetində Kayrat Osmonaliyevin rəhbrəliyi ilə Türk İrsi Mərkəzi yaradılıb

BAYRAQDAR MEDİA – Qırğızıstanda Cusup Balasagun Qırğız Milli Universitetində Türk İrsi Mərkəzi açılıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, Mərkəzin rəhbəri Kayrat Osmonaliyev bildirib ki, açılan mərkəz Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyəsi ilə fəaliyyət göstərəcək: “2022-2023-cü illərdə Qırğızıstanın Azərbaycandakı səfirliyi mərkəzi ofisi Bakıda yerləşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Cusup Balasagun adına universitet arasında tərəfdaşlıq əlaqələrinin qurulması məsələsini müzakirə edib. Nəticədə bu il sentyabrın əvvəlində universitetin Elmi Şurasının qərarı ilə əməkdaşlıq memorandumu imzalanıb və Türk İrsi Mərkəzi yaradılıb”.

Onu da qeyd edək ki, Kayrat Osmonaliyev bundan əvvəl Qırğızıstanın Azərbaycandakı səfiri olub.

Mission News Theme by Compete Themes.