Press "Enter" to skip to content

ATİB-in ofisində görüş

Görüşdən xatirə fotosu

Son yeniləmə: 19 Sentyabr 2024 13:02

BAYRAQDAR MEDİA – Sentyabrın 17-də Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri cənab Cihangir Alptekin Azərbaycan-Türkiyə İş adamları Birliyinin qonağı olub.

Bu barədə ATİB-in məlumatında qeyd olunub.

Məlumata görə, ATİB-in ofisində keçirilən görüşdə Birliyin İdarə heyətinin sədri Mürsəl Rüstəmov, İdarə heyətinin üzvü Rafiq Qarayev, Birliyin üzvü Seymur Bünyatov və Katibliyin üzvləri, eləcə də Müşavirin köməkçisi Şərəf Məmmədov iştirak ediblər.

Görüş zamanı Azərbaycan-Türkiyə İş adamları Birliyi ilə Səfirlik, xüsusilə də Mətbuat müşavirliyi arasındakı mövcud əməkdaşlıq müzakirə edilib, gələcək hədəflər müəyyənləşdirilib və perspektiv birgə layihələr barədə razılığa gəlinib.

Mission News Theme by Compete Themes.