Press "Enter" to skip to content

Tələbə və məzunlar üçün daha bir Könüllülük Proqramı

Kənd Təsərrüfatı Nazirliyi

Son yeniləmə: 18 Sentyabr 2024 20:17

BAYRAQDAR MEDİA -Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta xidmətləri təqdim edən Aqrar Sığorta Fondu tələbələr və məzunlar üçün Könüllülük Proqramına başlayıb. Oktyabr-dekabr aylarını əhatə edən və 3 ay davam edəcək Könüllülük Proqramı iki hissədən – təlim və praktikadan ibarət olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Könüllülük Proqramına Aqrar Sığorta Mexanizmində iştiraka maraqlı, korporativ mühitdə kommunikasiya qabiliyyətini inkişaf etdirmək istəyən gənclər müraciət edə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə deyil, Şəmkir, Goranboy, Quba, Şəki, Cəlilabad, Göyçay rayonlarında yaşayan şəxslərin müraciətləri də qiymətləndiriləcək. Könüllülük Proqramına qoşulan şəxslərə proqramda iştirakı barədə Aqrar Sığorta Fondu tərəfindən sertifikat veriləcək”.

Məlumata görə, Aqrar Sığorta Fondunun indiyədək elan etdiyi Könüllülük Proqramlarında ölkənin ayrı-ayrı bölgələrindən olan və müxtəlif ixtisaslara sahib yüzlərlə tələbə və məzun iştirak edib. Onlar zəruri təcrübə və biliklərə yiyələnib, onların proqramlarda iştirakı müvafiq sertifikatlarla təsdiqlənib. Müraciət etmək istəyənlər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.