Son yeniləmə: 18 Sentyabr 2024 10:17
BAYRAQDAR MEDİA – Bolqarıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini və mətbuat katibi Rositsa Mateva seçkilərlə bağlı açıqlama verib.
Radio Bolqarıstanın məlumatına görə, o, bildirib ki, 2024-cü il oktyabrın 27-də keçiriləcək növbədənkənar ümumi seçkilərdə 24 partiya və 9 koalisiya qeydiyyatdan keçib: “Bu siyasi birləşmələr seçkilərdə seçicilərin dəstəyi üçün mübarizə aparacaq”.
Qeyd edilib ki, bundan əvvəlki seçkilərdə – iyunun 9-da 20 partiya və 11 koalisiya iştirak edib.