Press "Enter" to skip to content

Müəyyən fənlər üzrə qeydiyyat başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsi

Son yeniləmə: 18 Sentyabr 2024 10:01

BAYRAQDAR MEDİA – Gürcüstanda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində yeni tədris ili üçün Azərbaycan, gürcü və ingilis dilləri üzrə qeydiyyat başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “dərslər əyani şəkildə həftədə 2 dəfə olmaqla 2 saat tədris ediləcək. Təhsil xidmətləri tam ödənişsizdir və 12 yaşdan yuxarı hər kəs kurslardan təmənnasız faydalana bilər. Qeyd edək ki, QAİM-də bölgədə yaşayan sakinlər üçün təmənnasız hüquq xidmətləri də göstərilir. Bu link vasitəsilə qeydiyyatdan keçmək mümkündür”.

Qeydiyyat 13-23 sentyabr tarixində davam edəcək.

Mission News Theme by Compete Themes.