Press "Enter" to skip to content

KOB-larla bağlı yeni qrant müsabiqəsi

KOBİA

Son yeniləmə: 18 Sentyabr 2024 12:10

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-larla bağlı növbəti qrant müsabiqsəini elan edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Məlumatda deyilir: “KOBİA Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir”.

Məlumata əsasən, müsabiqənin şərtlərinə aşağıdakılar daxildir: Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər; Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır; Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir; Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır; Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz; Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır; Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 15.12.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır; Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir”.

Bildirilir ki, “ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 (iyirmi min) manat həcmində nəzərdə tutulur. Layihə sənədlərinin qəbulu: 24sentyabr 2024-cü il, saat 09:00-dan – 23 oktyabr 2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).Müsabiqənin keçirilmə vaxtı: 25 oktyabr 2024-cü il – 25noyabr2024-cü il. Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 24 sentyabr 2024-cü il saat 09:00-dan – 23 oktyabr 2024-cü il saat 18:00-dək elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər: Ərizə forması; Müsabiqəyə təqdim olunan layihə; Layihənin büdcəsinin maliyyə əsaslandırılması; KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri; Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri”.

Mission News Theme by Compete Themes.