Press "Enter" to skip to content

İşçi qrupunun növbəti iclası keçiriləcək

Son yeniləmə: 18 Sentyabr 2024 10:13

BAYRAQDAR MEDİA – Sentyabrın 25-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “iclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin cari ilin üçüncü rübü ərzində icra vəziyyəti barədə məlumat veriləcək, elektroenergetika sektorunda tənzimləyicinin funksiyasını və səlahiyyətlərini əks etdirən “Elektron Məlumat Kitabçası”nın (Handbook) təqdimatı olacaq. Həmçinin elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sahibkarların məlumatlandırılması məqsədilə müzakirələr aparılacaq”.

Məlumata görə, iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.azinternet portalının “onlayn müraciət” bölməsi vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.

Mission News Theme by Compete Themes.