Son yeniləmə: 18 Sentyabr 2024 12:12
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 8 ayında əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, “onlardan 41,4 mini ambulator, 19,9 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib. Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla bərabər, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları – robotik və sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, “Dance ability” (rəqs terapiyası) və s. də tətbiq edilir. Stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir”.