BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-dan daxil olub.
Xəbərdə bildirilir ki, “müsabiqəyə ümumilikdə 11 vəzifə çıxarılıb. Onlardan 7-si kafedra müdiri, 4-ü professor-müəllim vəzifəsidir. Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində, 1996-cı 7 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir”.