Press "Enter" to skip to content

Zorlu Töre yenidən parlament sədrliyinə namizəddir

Zorlu Töre

Son yeniləmə: 17 Sentyabr 2024 12:39

BAYRAQDAR MEDİA – KKTC parlamentinin sədri Zorlu Töre yenidən bu vəzifəyə namizəd olduğunu açıqlayıb.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, KKTC-də parlament sədri 2,5 il müddətinə seçilir. Vaxt tamam olanda yenidən seçkilər keçirilir.

Məlumatda deyilir ki, artıq səlahiyyət müddəti başa çatan Z.Töre yeni qanunvericilik dövründə formalaşacaq rəhbrəlikdə təmsil olunmaq, parlament sədri olmaq istədiyini bəyan edib: “İştirak etdiyi televiziya proqramında çıxış edən Zorlu Töre yeni qanunvericilik dövründə yenidən namizəd olmağı düşündüyünü bildirib. Z.Töre, “Hökumətdən dəstək gözləyirəm. Yeni seçkilər olacaq; Vəzifəmi davam etdirmək istəyirəm, amma bu, partiyamızın qərarından asılıdır” deyib”.

Qeyd edək ki, Z.Töre hakim UBP-dən millət vəkili seçilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.