Press "Enter" to skip to content

Xalq artisti Lənkəranda dinləyicilərinə xoş anlar yaşadıb

Konsert zamanı

Son yeniləmə: 17 Sentyabr 2024 13:07

BAYRAQDAR MEDİA – Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.

Onun sözlərinə görə, tədbir “Shokki Mokki” və “Vuzuzela Media”nın dəstəyi ilə gerçəkləşib.

Qeyd edilib ki, “Məktəbim” layihəsinin səfiri olan pop ulduz bu dəfə Lənkəranda tamaşaçılarının qarşısına çıxıb: “Ən sevilən hitlərini səsləndirən müğənnini lənkəranlılar böyük coşğu və izdihamla qarşılayıblar. Pərəstişkarları pop ulduzla mahnıları birlikdə əzbərə söyləyiblər. Qırmızılara bürünən estrada ulduzu dinləyicilərinə xoş anlar yaşadıb. Qeyd edək ki, pop ulduzun sözügedən layihə çərçivəsində növbəti çıxışı sentyabrın 19-u Sumqayıt şəhərində olacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.