Press "Enter" to skip to content

Sus kəndində ilk dərs günü tədbiri – VİDEO

Yeni məktəbdə ilk dərs

Son yeniləmə: 17 Sentyabr 2024 21:47

BAYRAQDAR MEDİA – Sentyabrın 16-da 2024–2025-ci tədris ilində fəaliyyətə başlayan Laçın rayonu Sus kənd tam orta məktəbi və eyniadlı məktəbəqədər təhsil müəssisəsində ilk dərs günü tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, sektor əməkdaşları, məktəb və bağçanın kollektivi, şagirdlər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib”.

Sonra xəbərdə, “çıxış edən idarə müdiri F.Bədəlov hər iki müəssisənin fəaliyyətə başlaması münasibəti ilə təhsil işçilərini, şagird və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb. Q.Abasov da müəllim və şagirdləri təbrik edib” deyə bildirilir.

Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, Sus kənd tam orta məktəbində ilkin olaraq 19 şagird, eyniadlı körpələr evi-uşaq bağçasında isə 13 uşaq təhsilə cəlb edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.