Press "Enter" to skip to content

Səlahiyyətli nümayəndə sahibkarlarla görüşüb

Görüş zamanı

Son yeniləmə: 17 Sentyabr 2024 10:54

BAYRAQDAR MEDİA – Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 17-də Nümayəndəlikdən məlumat verilib.

Bildirilib ki, səlahiyyətli nümayəndə sahibkarlarla 2023-cü il 9 fevral tarixli görüşü xatırladıb: “Səlahiyyətli nümayəndə qeyd edib ki, məhz həmin görüşdə səsləndirilən təkliflər əsasında “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Dövlət Proqramında logistikanın subsidiyalaşdırılması da Naxçıvanda həyata keçiriləcək iqtisadi islahatların tərkib hissəsi kimi nəzərdə tutulub. Bu istiqamətdə ötən dövrdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq konsaltinq şirkəti ilə müəyyən məsləhətləşmələr aparılıb”.

Məlumata görə, Naxçıvanda gələcəkdə rəqabətədavamlı və ixracyönümlü məhsul istehsalı üçün xüsusi gömrük, vergi güzəştlərinin tətbiq olunacağını diqqətə çatdıran Fuad Nəcəfli istehsal prosesində innovativ texnologiyalardan istifadənin, kadr potensialının gücləndirilməsinin, sənədləşmənin qanunvericiliyə uyğun aparılmasının, tenderlərdə fəal iştirakın vacibliyini vurğulayıb: “Bildirilib ki, digər sahələr kimi sahibkarlıqda da kadr hazırlığı mühüm məsələdir. Kadrların formalaşdırılması, inkişafı üçün yeni yaradılan “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin imkanlarından istifadə olunmalıdır. Görüşdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarların kredit, ixrac-idxal imkanları, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev qanunvericiliyə uyğun gömrük prosedurları barədə məlumat veriblər”.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, irəli sürülən təkliflər üzrə müzakirələr aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.