Press "Enter" to skip to content

Növbəti dəfə ərazilər tullantılardan təmizlənib

Kimi zibilləyir, kimi təmizləyir...

BAYRAQDAR MEDİA – Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə ərazilər tullantılardan təmizlənib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, ““Təmiz ölkəm” devizi altında növbəti təmizlik aksiyaları Xəzər dənizinin Sumqayıt, Siyəzən sahillərində, Lənkəran çayının Lerik, Araz çayının Saatlı, Axınca çayının Tovuz, Bərgüşad çayının Qubadlı rayonlarından, Gəncəçayın Gəncə şəhərindən keçən hissələrində, Ağcabədi rayonu Aşağı Avşar kəndi, Qəbələ rayonu Laza kəndi yaxınlığında, Zərdab şəhəri Babək İsmayılov küçəsində təmizlik aksiyaları keçirilib”.

ETSN-nin yerli qurumlarının, Sumqayıt Dövlət Texniki Kollecin, Tovuz Gənclər Evinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin, Ağdam kənd Natiq Yusifov adına tam orta məktəbin, Vahidli kənd Asif Sadıqov adına tam orta məktəbin şagirdlərinin və yerli sakinlərin iştirakı ilə ərazilər 3.7 tondan artıq tullantıdan təmizlənib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.