Press "Enter" to skip to content

Kitab tanıtma: “Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı – 90”

Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı – 90

Son yeniləmə: 17 Sentyabr 2024 11:58

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) kitablar sırasında AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı – 90” nəşri də var.

Şeyx Məhəmməd Xiyabani hərəkatının 90 illiyinə həsr edilmiş məqalələr toplusundan ibarət olan kitab geniş oxucu auditoriyası, orta və ali məktəb tələbə və müəllimləri, şərqşünaslar, vətən tarixini sevən insanlar üçün nəzərdə tutulub.

Nəşrin girişində Ş.M.Xiyabaninin bu sözləri verilib: “Əgər Tehran bizim istəklərimizə qarşı çıxarsa, radikal addımlar ataraq Azərbaycanı yenidən quracağıq. Biz bütün Azərbaycanda demokratik hakimiyyət istəyirik. Əyalət və vilayətlər düşündüklərini azad söyləməlidirlər. Haqqımızı qoruyarkən gərək olsa canımızı da qurban edərik. Bu yolda ölmək, şərəfsizcə yaşamaqdan daha yaxşıdır.
And olsun şərəfimizə biz nə qədər ki, diriyik heç bir xətər, təhlükə, qorxutma, hədələmə bu qiyamın əsasını sarsıda bilməyəcəkdir.
Ey Azərbaycan! Zülm, əzab, işgəncə və dar ağacları, zəncir və zindanlar nə qədər möhkəm olsa belə, sənin istiqamət və mətanətinin qarşısında bir- bir əriyib məhv olacaqdır….
Yolunda can, mal və ailənizi qurban verməyə hazır olduğunuz və onun üçün qiyam etdiyiniz haqq və həqiqət, bəlkə də, təhqir və istehzalara düçar oldu. Bəlkə də tonu məhv etdilər. Lakin ən nəhayət, o yenə dirçələcək və həqiqəti meydana çıxaracaqdır”.

Qeyd edək ki, 2011-ci ildə çapdan çıxmış nəşrin elmi redaktoru iqtisad elmləri üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli (Bije), filologiya elmləri üzrə fəlsəfə doktoru Elmira Məmmədovadır.

Mission News Theme by Compete Themes.