Press "Enter" to skip to content

EATDA ilə Milli Observatoriya arasında əməkdaşlıq

İmzalanma

BAYRAQDAR MEDİA – Sentyabr 17-si Elm və Təhsil Nazirliyi (ETN) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-dan daxil olub.

Xəbərdə deyilir ki, “Memoranduma əsasən tərəflər əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi, ali və orta ixtisas təhsil müəssisələrinin məzunlarının əmək bazarında məşğulluq vəziyyətinin təhlil edilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinə qəbul, yeni ixtisasların açılması üçün təkliflərin hazırlanıb təqdim olunması və məzunların göstəricilərinin statistik məlumatlar əsasında təhlili, əmək bazarında ixtisaslar, bacarıq və səriştələrə olan tələb haqqında ictimaiyyətin mütəmadi məlumatlandırılması, aktual problemlərin şərhinin verilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.