Press "Enter" to skip to content

Dünya Bankının regional direktoru ilə görüş

Görüş zamanı

Son yeniləmə: 17 Sentyabr 2024 11:59

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üçün dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Birgə layihələrin ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, infrastruktur,bərk məişət tullantılarının idarə edilməsi, kənd təsərrüfatı və digər sahələrətöhfə verdiyi vurğulanıb. Bankla potensial əməkdaşlıq sahələri, növbəti illər üzrə prioritet layihələr, ölkəmizdə həyata keçirilən bərpa olunan enerji layihələri, məşğulluğa dəstək istiqamətində atılan addımlar, eləcə də dövlətə məxsus müəssisələrin dəstəklənməsi istiqamətində Bank tərəfindən aparılan araşdırmalar barədə məlumat verilib, COP29 çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib”.

Məlumata görə, tərəflər “Yaşıl və dayanıqlı şəhərlər” layihəsiçərçivəsində birgə fəaliyyət, Bakının su təchizatı və kanalizasiya sistemlərinin bərpası, kənd təsərrüfatı və irriqasiya sistemlərində smart həllər, həmçinin 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivə sənədi barədəfikir mübadiləsi aparıblar: “Sənəd Milli Prioritetlərə uyğunlaşdırılmış investisiya proqramları və texniki yardımı əhatə edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.