Press "Enter" to skip to content

DİM-dən 600-dən yüksək bal toplayanlara müraciət

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 17 Sentyabr 2024 13:08

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında 600-dən yüksək bal toplayan gəncləri “Bilik yarışının öncülləri” layihəsinə qoşulmağa dəvət edir.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Bildirilib ki, “abiturient.az” saytında ayrıca bir bölmə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur: “Həmin portalda indiyədək 26 minə yaxın şəxs haqqında məlumat dərc olunub.
Xatırladaq ki, “Bilik yarışının öncülləri” layihəsi 2016-cı ildən istifadəyə verilib. Layihənin məqsədi yüksək bal toplamış gənclərin təbliği ilə yanaşı, bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir.

Tələblər şəxsi kabinetinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə “abiturient.az” saytında təqdim olunan anket-sorğusunu doldurmalıdırlar. Anket-sorğu yalnız bir dəfə və bütün bəndləri doldurulur. Saytda yalnız anket-sorğusunu doldurmuş və “Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?” sualına “bəli” cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.