Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində müasir havalandırma, yanğın təhlükəsizliyi və siqnalizasiya sistemləri qurulacaq
BAYRAQDAR MEDİA – Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində müasir havalandırma, yanğın təhlükəsizliyi və siqnalizasiya sistemlərinin quraşdırılması nəzərdə tutulur.
BAYRAQDAR MEDİA-ya bu barədə verilən məlumatda deyilir ki, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən satınalma işlərinə başlanılmış, açıq tender elan edilib.
Məlumata görə, eyni zamanda muzeyin və Naxçıvan Dövlət Milli Dram Teatrının qarşısındakı parkda da tikinti işlərinə başlanacaq, müasir işıqlandırma sistemləri qurulacaq. Bu istiqamətdə artıq layihələndirmə işlərinə başlanılıb.