BAYRAQDAR MEDİA – Bu günlərdə Eskişehir Azərbaycanlılar Dərnəyi İdarə Heyətinin iclası keçirilib. İclasda bir sıra vacib qərarlar qəbul edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın məlumat verib.
Onun sözlərinə görə, 2024-2025-ci tədris ilinin başlanması dövrünə təsadüf edən iclasda müzakirə edilən ilk məsələ azərbaycanlı tələbələrə burs verilməsi olub: “Bilirsiniz ki, Dərnəyimizin xoş və xeyirxah bir ənənəsi var. Artıq xeyli müddətdir ki, Eskişehirdə təhsil alan və müəyyən etdiyimiz kriteriyalara cavab verən bəlli sayda azərbaycanlı tələbəyə burs veririk. Bu il də ənəniməz sadiq qalacayıq”.
C.Aydın deyib ki, ümimiyyətlə iclasın sonunda bir sıra mühüm qərarlar qəbul edildi: “Bu sırada mən, həmçinin “EsAzDer Akademi”nin təsis edilməsinə dair qərarl qeyd edə bilərəm. Vurğulayım ki, bununla bağlı yaxın gələcəkdə daha geniş məlumat verəcəyik. Eyni zamanda Üç Çizgi dərgisinin artık digital ortamda akademik jurnal olaraq təkrardan yayımlanmasına qərar verildi. Dərnək nəzdində Üzeyir Hacıbəyli Mədəniyyət Mərkəzinin yaradılmasına dair layihənin reallaşması üçün Diasporla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılması qərara alındı”.