Press "Enter" to skip to content

BDU-da iki elektron tədris auditoriyası

E-auditoriya

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetində (BDU) iki yeni elektron tədris auditoriyası istifadəyə verilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-dan daxil olub.

Xəbərdə deyilir ki, “açılış mərasimində çıxış edən rektor Elçin Babayev son zamanlar BDU-da rəqəmsallaşma istiqamətində mühüm addımların atıldığını bildirib. O qeyd edib ki, elektron tədris auditoriyalarının istifadəyə verilməsi BDU-da tədris prosesinin elektron idarə edilməsi istiqamətində olan işlərdən biridir. 100-dək ən müasir kompüterlə təchiz olunan auditoriyalarda müxtəlif dərslər və imtahanlar keçiriləcək. Yaxın zamanlarda BDU-da belə otaqların sayının daha da artırılması nəzərdə tutulur”.

Rektor diqqətə çatdırıb ki, BDU-da elektron sənəd dövriyyəsi də artıq başa çatdırılıb: “Elektronlaşma günün tələblərindən biridir. BDU-da elektron kadr sistemi üzərində də işlər bitmək üzrədir. BDU-nun yeni saytı da artıq hazırdır, yaxın zamanlarda istifadəyə veriləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.