BAYRAQDAR MEDİA – Niderland Krallığının Tio Biznes Məktəbi təqaüd proqramı elan edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.
Xəbərdə bildirilir ki, “Tio Biznes Məktəbi EATDA ilə əməkdaşlıq çərçivəsində “İstedad” təqaüd proqramı üzrə 2024-2025-ci tədris ilində xarici tələbələrə Niderlandda təhsil imkanı təklif edir. Təqaüd proqramına müraciət üçün son tarix 10 oktyabr 2024-cü il nəzərdə tutulub”.