Press "Enter" to skip to content

Türk Dünyası 9-cu Sənədli Film Festivalının finalçıları

Maestro: İldırımlı yollarla

BAYRAQDAR MEDİA – Türk Dünyası 9-cu Sənədli Film Festivalının finalçıları müəyyənləşib.

Bununla bağlı xəbərdə bildirilir ki, “Festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sinema Baş İdarəsi, TÜRKSOY, Türk Dünyası Bələdiyyələr Birliyi, TİKA və YTB dəstəyi, Universitetlər, peşə təşkilatları, vətəndaş cəmiyyətləri və mətbuat qurumlarının dəstəyi ilə keçirilir. Festivalın ön münsiflər heyəti 14 sentyabr 2024-cü ildə onlayn olaraq iclas keçirib. 12 Uzunmetrajlı Sənədli Film, 12 Qısametrajlı Sənədli Film və 12 Tələbə Sənədli Film, TRT Sənədli Filmlər Rejissoru Ferda Gürcan, Sənədli Film Rejissoru Çağatay Çelikbaş, Montajçı Göker Emir, Sekans kinossenarist Arş. Gör. Gülşah Altuğ, kinossenarist Hayri Çölaşan, Sənədli Film Rejissoru Hüseyin Özden, Akademik Tekirdağ Namık Kemal Universitetindən İhsan Koluaçık, TRT Rejissoru Mehtap Özgül, Azərbaycanlı rejissor, yazıçı və aparıcı Saide Ömer, Amasya Universitetindən mətbuat müdiri Timur Yılmazdan ibarət ön münsiflər heyəti tərəfindən seçilib”.

Daha sonra xəbərdə deyilir ki, “Uzunmetrajlı Sənədli Film Yarışmasına M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının aparıcısı Hüseynağa Aslanovun Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Münxen Yeni Filarmoniyasının və Bakı Kamera Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimovun həyat və yaradıcılığı haqqında çəkdiyi “Maestro: The Parth of Thunder” (Maestro: İldırımlı yollarla) sənədli filmi 300 film içərisindən finala vəsiqə qazanıb”.

Qeyd edək ki, Festival və Gala gecəsi (mükafatlandırma mərasimi) 16-18 oktyabrda Ankarada keçiriləcək. Mükafat qazanan filmlər 9 ölkədə göstəriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.