Press "Enter" to skip to content

Səfirin missiyası başa çatır

Görüş zamanı

Son yeniləmə: 16 Sentyabr 2024 11:05

BAYRAQDAR MEDİA – Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bu ölkədə diplomatik fəaliyyətini başa vuran Özbəkistanın fövqəladə və səlahiyyətli səfiri Akmaljon Kuçkarov ilə görüş keçirib.

Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən orient.tm saytı məlumat yayıb.

Bildirilib ki məlumatda “Söhbət zamanı siyasi-diplomatik, ticarət-iqtisadi və mədəni-humanitar xarakterli prioritet sahələrdə Türkmənistan-Özbəkistan əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri məsələlərinə toxunulub”, deyilib.

Məlumata görə nazir Türkmənistan-Özbəkistan əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb: “Akmaljon Kuçkarov Türkmənistanda diplomatik missiyasının həyata keçirilməsində göstərdiyi dəstəyə və köməyə görə Türkmən tərəfinə minnətdarlığını bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.