Nazir Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 4-cü iclasında iştirak edəcək
BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclasında iştirak edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “iclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Programı (2023-2027)” sənədi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir. Səfər çərçivəsində nazirin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur”.