Press "Enter" to skip to content

Nazir Bilik Günü münasibəti ilə təbrik ünvanlayıb

Emin Əmrullayev

BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibəti ilə təbrik ünvanlayıb.

Hər kəsi Şuşadan salamlayan E.Əmrullayev təbrik videosunda builki Bilik Gününün fərqli bir gün olduğunu bildirib: “Əziz müəllimlər, təhsil işçiləri, şagirdlər sizi bugünkü Bilik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Builki Bilik Günü çox fərqli bir gündür. Çünki Azərbaycan bütün ərazisi üzərində suverenliyini bərpa etdikdən sonra ilk dəfədir ki, tədris ilinə başlayırıq. İnanıram ki, bu tədris ili hər birimiz üçün uğurlu olacaq. Bütün müəllimlərimizə, şagirdlərimizə uğur arzu edirəm”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.