Press "Enter" to skip to content

Musiqili Teatrın Brestdə uğuru

Brest uğuru

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının (ADAMT) “Aysedora” (Z.Saqalov) monotamaşası Belarusun Brest şəhərində keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Belarus, Danimarka, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrinin iştirak etdiyi ənənəvi festivalda Azərbaycanı Musiqili Teatrının aktrisası Olqa Georgiyeva təmsil edib. Brest Akademik Dram Teatrının səhnəsində sürəkli alqışlarla qarşılanan “Aysedora” festivalın təşkilatçıları tərəfindən laureat diplomuna layiq görülüb və həmin mükafat tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyevə təqdim olunub”.

Qeyd edək ki, bu beynəlxalq tədbirin ötənilki layihəsində Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev münsiflər heyətinin üzvü qismində iştirak edib, eyni zamanda, Əməkdar artist Şövqi Hüseynovun ifasında Musiqili Teatrın bir çox nüfuzlu beynəlxalq teatr layihələrində mükafatlara layiq görülmüş monotamaşası – “Utancaq qız” (F.Dostoyevski, rejissor Cənnət Səlimova) oynanılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.