Press "Enter" to skip to content

“Məktəbli ləvazimatları” layihəsi yenidən reallaşdırılıb -VİDEO

Son yeniləmə: 16 Sentyabr 2024 10:57

BAYRAQDAR MEDİA – “YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin tərəfdaşlığı, “Nar”ın baş sponsorluğu ilə yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan məktəbli övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 16-da “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “hədiyyə qutusuna çanta, termos, qələm qabı, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, stikeri, kağız yapışdırıcı, flomaster, rəngli karandaş, qayçı və pozan dəsti, stolüstü lampa, qeyd kitabçası daxildir”.
Məlumata görə, respublikanın bütün ərazisi üzrə 792 şəhidin 1365 məktəbli övladına hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb: “Qutulardan 38-i Naxçıvan Muxtar Respublikasında yaşayan məktəbli şəhid övladlarına təqdim edilib. Ümumilikdə məktəblilərin 755-i oğlan, 610 nəfəri isə qızdır”.

Mission News Theme by Compete Themes.