Press "Enter" to skip to content

Kitab tanıtma: “Hər iki tayın gerçək aynası – “Azərbaycan” dərgisi”

Hər iki tayın gerçək aynası – “Azərbaycan” dərgisi

Son yeniləmə: 16 Sentyabr 2024 16:35

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlərdən biri də filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin “Hər iki tayın gerçək aynası – “Azərbaycan” dərgisi” (1945, Bakı, Təbriz) nəşridir.

Kitabda 1945-1946-cı illərdə Təbrizdə Rəsul Rzanın redaktorluğu ilə çıxan “Azərbaycan” dərgisinin səhifələrindən seçmələr verilib.

2014-cü ildə çapdan çıxan nəşrin annotasiyasında qeyd edilir: “1945-1946-cı illərdə nəşr olunmuş “Azərbaycan” jurnalının yenidən çapa hazırlanması təqdirəlayiq bir addımdır. Qeyd edilən illərdə cəmi 17 sayı çıxmış “Azərbaycan” jurnalı taleyimizdə və milli tariximizdə mühüm rol oynayıb, Cənubi Azərbaycan əhalisinin milli kimlik şüurunun formalaşmasına böyük təkan verib. “Azərbaycan” jurnalı ikiyə bölünmüş xalqın ədəbi, milli və mənəvi həyatının ilk bütövlük məqamı idi və onun elmi cəhətdən zəngin, ədəbi cəhətdən rəngarəng, mәdəni cəhətdən təkrarsız yazılarının yenidən nəşr edilməsi milli yaddaşımızın təzələnməsi baxımdan əhəmiyyətli bir hadisə olacaq”.

Qeyd edək ki, kitabın redaktoru Arif Əmrahoğlu, ön sözün müəllifi tarix elmləri doktoru, Prof. Cəmil Həsənli, ərəb əlifbasından latın əlifbasına çevirən, izah və şərhlərin müəllifi P.Məmmədlidir.

Mission News Theme by Compete Themes.