Press "Enter" to skip to content

Hakimiyyətlər dəyişsə də İranın anti-Azərbaycan siyasəti dəyişməyəcək -VİDEO

Güney Azərbaycan Cümhuriyyət Partiyası

Son yeniləmə: 16 Sentyabr 2024 10:55

Güney Azərbaycan Cümhuriyyət Partiyasından İranın Zəngəzur məsələsində tutduğu mövqeyə dair dəyərləndirmə

BAYRAQDAR MEDİA – 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğalına göz yuman, bəzən isə hətta bu işğala açıq-gizli dəstək verən Tehran rejimi hazırda da Ermənistanın yanında durmaqda davam edir. İranın mövcud rejiminin anti-Azərbaycan fəaliyyəti bu gün də davam edir və bu dəfə İran Zəngəzur dəhlizinin açılmasına qarşı yersiz müqavimət göstərir.

Qeyd edək ki bir müddət əvvəl Güney Azərbaycan siyasi qurumları bununa bağlı etiraz bəyanatı yaymışdılar.
Sentyabrın 15-də isə Güney Azərbaycan Cümhuriyyət Partiyasının youtube səhifəsində məsələyə dair maraqlı bir şərh verilib.

Şərhi oxuculara təqdim etməklə yanaşı, onu bildirək ki, burada İran rejiminin Zəngəzur dəhlizi ilə bağlı mövcud mövqeyinə aydınlıq gətirilir. Bildirilir ki, İranda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq rejim hər zaman Azərbaycana qarşı olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.