Press "Enter" to skip to content

Cəbhə xəttimiz Zəngəzur yox, İsfahan və Tehran olacaqdır

Güney Azərbaycan Cümhuriyyət Partiyası

BAYRAQDAR MEDİA – Azərbaycan Cümhuriyyətinin öz ərazi bütövlüyünün bərpası və bölgədə barışın və ədalətin hakim olması istiqamətində yürütdüyü siyasət Azərbaycanın Güneyində yaşayan Azərbaycanlılar tərəfindən də diqqətlə izlənilməkdə və dəstəklənməkdədir.

Bu sözlər Güney Azərbaycan Cümhuriyyət Partiyasından BAYRAQDAR MEDİA-ya daxil olan Bəyanatdandır.

Bəyanatda bildirilir ki, “ancaq öncədən bəlli olduğu kimi, Azərbaycanın bu xoşniyyətli və uluslararası qaydalar içərisində olan çalışmalarına sözdə islam pərdəsinə bürünmüş İran şovinist rejimi var gücü ilə mane olmağa və yenidən bölgədə sabitliyi pozmağa, cəhdlər edir. Hər kəsə aydındır ki İranın əsas dərdi Zəngəzur dəhlizi və ya Ermənistan deyil, bəlkə işğalında tutduğu 30 milyonluq Güney Azərbaycan türkünün varlığı, Güney Azərbaycan türklərinin istiqlal və bütövlük istəyi və bununla paralel Azərbaycan dövlətinin günü-gündən güclənməsi və beləliklə bütöv Azərbaycanda milli düşüncənin sistemləşməsi və güclənməsidir”.

Sonda qeyd edilir: “Biz Güney Azərbaycan cümhuriyyətçiləri olaraq hadisələri yaxından izləyir və bəyan edirik ki, İranın Azərbaycan dövlətçiliyinə və onun müstəqil siyasətinə, Azərbaycan türklərinin milli mənafelərinə və milli təhlükəsizliyinə qarşı hansısa təxribat fəaliyyətlərinə Güney Azərbaycan cümhuriyyətçiləri səssiz qalmayacaq. Belə bir halda cəbhə xəttimiz Zəngəzur yox, İsfahan və Tehran olacaqdır”.

Mission News Theme by Compete Themes.