Press "Enter" to skip to content

BDU-nun SABAH Mərkəzinə yeni rəhbər

Səbinə Novruzqızı

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinə yeni rəhbər təyin olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “yeni rəhbər Səbinə Novruz qızı Ömərova 1976-cı il noyabrın 10-da Bakı şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bakalavriat səviyyəsini “Biologiya” ixtisası, 1999-cu ildə magistratura səviyyəsini “Biokimya” ixtisaslaşması üzrə fərqlənmə ilə bitirib. S.Ömərova biologiya üzrə fəlsəfə doktoru, dosentdir. O, 1998-2002-ci illərdə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant, 2002-2014-cü illərdə müəllim, 2014-2022-cü illərdə Biologiya fakültəsinin tədris işləri üzrə dekan müavini işləyib və 2016-cı ildən Biofizika və biokimya kafedrasında dosent kimi çalışır”.

Sonra xəbərdə, “O, “Erasmus Mundus” proqramının layihələri çərçivəsində 2014-cü ildə Fransanın Bolonya şəhərində tədrisin təşkili, 2015-cü ildə İspaniyanın Korunya Universiteti, 2016-cı ildə Çexiyanın Karlova Universitetində tədqiqat metodları, 2016-cı ildə isə Almaniyanın Berlin şəhərində Avropanın aparıcı universitetlərində tədrisin təşkilinə dair təlimlər keçib. S.Ömərova 2009-cu ildən Dövlət İmtahan Mərkəzinin (DİM) ekspertidir. 2012-ci ildə magistraturaya qəbul proqramlarının təkmilləşdirilməsində, test bankının yaradılmasında və zənginləşdirilməsində xidmətlərinə görə S.Ömərova DİM-in Fəxri Fərmanı ilə təltif olunub. O, 90-dan çox elmi əsərin, 1 dərslik, 3 dərs vəsaitinin müəllifidir, 30-dan çox beynəlxalq elmi konfransda məruzələrinin tezisləri çap olunub” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.