BAYRAQDAR MEDİA – Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyası Zaqatala rayonunda keçirilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “Kapital Bankın 150 illik yubileyi münasibəti ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Sıfır tullantı” həmrəylik marafonu çərçivəsində növbəti iməcilik Zaqatala rayonunda keçirilib. Bankın Şəki–Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən filiallarından 40-a yaxın əməkdaşı və ETSN-nin yerli qurumlarının nümayəndələri tərəfindən 813 kq tullantı toplanaraq ərazidən daşınıb”.
Layihənin məqsədi dəniz və çay sahillərində, dağ-meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsinə cəlb etməkdir.