Press "Enter" to skip to content

Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar

10 nəfər Gürcüstan, Azərbaycan və Türkiyə vətəndaşının problemləri dinlənilib

BAYRAQDAR MEDİA – Gürcüstanda “QANUN” Hüquqi Yardım Mərkəzinin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Levan Tsalukelaşvili “Azərbaycan Evi”ndə öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan Marneuli və ətraf kəndlərin sakinlərini qəbulu edib. Qəbul Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən reallaşıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diaporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “qəbulun 4-cü günündə 10 nəfər Gürcüstan, Azərbaycan və Türkiyə vətəndaşının problemləri dinlənilib.Vətəndaşların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib. Qeyd edək ki, qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərlər: Tel: +995 599 10 96 90”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.