Press "Enter" to skip to content

Eskişehir Rallisində 5-ci tur həyəcanı

Son yeniləmə: 13 Sentyabr 2024 10:51

BAYRAQDAR MEDİA – Eskişehir Avtomobil İdmanları Klubunun (ESOK) təşkilatçılığı ilə keçiriləcək Petrol Ofisi Maxima 2024 Türkiyə Ralli Çempionatı ESOK Rallisinin beşinci mərhələsi həftə sonu başlayır.

Bu barədə haberturk.com saytı məlumat verib.

Bildirilib ki, “bu Rallinin xüsusi önəmi var. Belə ki, bu yarışda əldə edilən uğur nəticəsində Türkiyə Tarixi Ralli Çempionatı və Celal Gülerhan Ralli Kubokuna da xal əldə ediləcək”.

Məlumata görə, yarış sentyabrın 13-də saat 14.00-da Odunpazarı Meydanında başlayacaq: “Eskişehir Rallisinin ilk günündə, Eskişehir Kent Ormanında saat 15.00-da tamaşaçı xüsusi mərhələsi keçiriləcək. Yarışın ikinci günü, saat 10.00-dan etibarən Petrol Ofisi Maxima (Uluçayır), Remed Assistance (Yukarı Ilıca) və Espark (Kirazlıçeşme) mərhələləri hər biri iki dəfə keçiriləcək.

Sentyabrın 15-də saat 09.00-dan başlayaraq final turu (Yukarı Kalabak) və Banaz (İdris Yayla) mərhələlərini iki dəfə keçdikdən sonra saat 16.00-da Espark qarşısında keçiriləcək mükafatlandırma mərasimi ilə yekunlaşacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.