Son yeniləmə: 13 Sentyabr 2024 13:03
Siyahıda birinci yeri Türkiyə, ikinci yeri Bolqarıstan tutub
BAYRAQDAR MEDİA – Dünyada ən çox çörək istehlak edən ölkələr siyahısında Türkiyə birinci, Bolqarıstan isə ikinci olub.
Radio Bolqarıstan xəbər verir ki, Türkiyədə çörək istehlakı ildə adambaşına təxminən 200 kq, Bolqarıstanda isə bu məbləğ 131,1 kq-dır: “Bolqarıstanı adambaşına ildə 88 kq çörək istehlakı ilə Ukrayna, 70 kq çörək istehlakı ilə Yunanıstan, 57 kq ilə Almaniya, 54 kq çörəklə Rusiya izləyir. Dünya sıralamasında 48 kq ilə İsveçrə, 39 kq ilə Səudiyyə Ərəbistanı, 28,3 kq ilə Yaponiya və 25,8 kq ilə Cənubi Afrika yer alıb”.
Məlumata görə, Bolqarıstan vətəndaşları üçün çörək süfrənin vacib hissəsidir.